Facebook Pixel Code
GoMap XƏRITƏ
Heydər məscidi
Baxış sayı:
  • Ünvan:
    Hicran Hasilov, Bakı, Xəzər, AZ1076
Avtobus
Məscid Mərdəkan qəsəbəsinin mərkəzində tikilib. İnşa tarixi 1893-cü ilə aiddir. Həyətyanı sahəsi 135 kv.metr, iç sahəsi 144 kv.metrdir. Məscid yonulmuş sal daşlardan tikilib. İç hissəsi qum-sement məhlulu ilə suvanıb. Günbəz dörd sutun üzərində dayanıb. Yerdən günbəzədək hündürlüyü 25 metrdir. Günbəzin diametri 3 metrdir. Sütunlar tağla bir-birinə birləşib. Məscidin damı qırla örtülüb. Döşəmə daş plitələrlə işlənib. Həyətə də daş plitələr döşənib. Həyətdə həmçinin yardımçı otaqlar və digər tikililər inşa edilib. Minbər 1993-cü ildə düzəldilib. Heydər məscidi 1937-ci ildən bağlanaraq kolxoza verilib. Belə ki, əvvəlcə kolxoz anbarı, daha sonra isə qaz idarəsi kimi istifadə edilib. 1991-ci ildə məscid kənd sakinlərinin təşəbbüsü ilə fəaliyyətə başlayıb. Çox bərbad vəziyyətdə olduğundan, burada təmir-bərpa işləri aparılmış və məscid abadlaşdırılmışdır. Məscid əslən mərdəkanlı olan Heydər tərəfindən tikilmişdir. Deyilənə görə, onun balıq vətəkələri olub. Heydərin Neftçalada da məscid tikdirməsi söylənir.
Son xəbərlər