Facebook Pixel Code
GoMap XƏRITƏ
Məscid
Baxış sayı:
  • Ünvan:
    Hacı Zeynalabdin Tağıyev, Xaçmaz, AZ2702
Avtobus

Xaspoladoba kənd məscidi - Məscid Xaçmaz rayonunun Xaspoladoba kəndində yerləşib. Bunövrəsi 1993-cü ildə qoyulub. İç sahəsi 12x12 metr, həyətyanı sahəsi isə 2500 kv.metrdir. Səkkizguşəli formada olan bu məscid çiy kərpiclə tikilib. Döşəməsi torpaq, tavanı isə taxtadandır, Damı şiferlə örtülüb. Bir giriş qapısı və dörd pəncərəsi vardır. Giriş qapısının sağ və sol tərəfində qoşa minarə tikilib. Minarələr çiy kərpiclə inşa edilib və hündürlüyü 4 metrdir. Dairəvi formada olan bu minarələrin diametri iki metrdir. Məscidin əsas binasının, habelə minarələrin üstündə aypara rəmzi qoyulub. Xaspoladoba kənd məscidinin tikintisinə Məşədi Şah İsmayıl Ömərovun (o, 1996-cı ildə rəhmətə gedib) təşabbüsü və şəxsi vəsaiti hesabına başlanılıb. Sonralar kənd camaatı tikinti işlərini davam etdirib. Bu işə Həsən və Bakıxan Həsənovlar başçılıq ediblər.

Azərbaycan Məscidlərinin ensiklopediyası

Son xəbərlər