Facebook Pixel Code
GoMap XƏRITƏ
Qədmalıqışlaq kənd məscidi
Baxış sayı:
  • Ünvan:
    Xaçmaz, AZ2719
Avtobus

Qədimalı kənd məscidi - Məscid Xaçmaz rayonunun Qədimalı kəndində tikilib. Bünövrəsi 1992-ci ildə inşa edilib. Həyətyanı sahəsi 200 kv.metr, iç sahəsi 9x9 metrdir. Qədimalı kənd məscidinin divarları çiy kərpiclə hörülmüşdür. Divarların qalınlığı 0,60 metrdir. Döşəməsi torpaq, tavanı isə taxtadandır. Döşəmədən tavana qədər 4 metr, yerdən günbəzədək 10 metrdir. Tavan iki dəmir boru sütun üzərində dayanmışdır. Məscidin damının örtüyü şifer, günbəzi isə dəmir təbəqə ilə işlənmişdir. İbadət zalında iki qapı (taxtadandır və düzbucaqlı formadadır) və dörd pəncərə (taxtadandır və düzbucaqlı formadadır) qoyulmuşdur. Vaxtilə burada başqa bir məscid olmuşdur. Yerli camaatın bildirdiyinə görə, həmin məscidin tarixi qədim olub. Sovetlər dövründə məktəb kimi istifadə edilmişdir. Məscid bərbad vəziyyətdə olduğundan 1990-cı ildə sökülmüşdür. Onun əvəzində hazırkı məscid tikilmişdir.

Azərbaycan Məscidlərinin ensiklopediyası

Son xəbərlər