Facebook Pixel Code
GoMap XƏRITƏ
Məscid
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Xaçmaz, AZ2732
Avtobus

Yerküc kənd məscidi - Məscid Xaçmaz rayonunun Yerküc kəndində 1910-cu ildə inşa edilib. İç sahəsi 5x10 metrdir.Yrküc kənd məscidi düzbucaqlı formadadır və divarları çaylaq daşları ilə hörülüb. Divarlarının qalınlığı 0,50 metrdir. Damı və günbəzi ağ dəmir təbəqə ilə örtülüb. Məscidin fasad tərəfi samanlı palçıqla, iç tərəfi isə sement məhlulu ilə suvanıb. Bir giriş qapısı və iki tağvari formalı pəncərəsi vardır. Giriş qapı olan tərəfdə eyvan yerləşib. Onun sahəsi 5x2,5 metrdır. Məscidin döşəməsindən tavanadək hündürüyü 3.5 metrdir.Bu kəndin tarixi 722-ci ilə təsadüf etsə də, burada qədim məscid yoxdur. Hazırkı məscid üç dəfə-1520,1955 və 1991-ci illərdə təmir olunub.

Azərbaycan məscidlərinin ensiklopediyası

Son xəbərlər