Facebook Pixel Code
GoMap XƏRITƏ
Qum kənd məscidi
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Qax, AZ3423
  • Telefon:
    (+994 70) 694-37-17 (Balıyev Ceyhun Cəmil)
Avtobus

Qum kənd məscidi (Qax) - Məscid Qax rayonunun Qum kəndində yerləşib. İnşa tarixi dəqiq məlum deyil. Məscidin həyətyanı sahəsi 1200 kv.metr, iç sahəsi isə 28x13 metrdir.Qum kənd məscidi çaylaq daşı və bişmiş kərpiclə inşa edilmişdir. Döşəməsi torpaq, tavanı plastik materialdandır. Tavan 7 boru sütun üzərində dayanmışdır. Həyətyanı sahəsi daş hasara alınmışdır. Formaca dördbucaqlı olan bu məscidin damının örtüyü dəmir təbəqədən işlənmişdir. Günbəzi dəyirmi formada olub, ağ dəmir təbəqə ilə örtülmüşdür. Günbəzin üstündə aypara və beşguşəli ulduz rəmzi də vardır. Məscidin üç giriş qapısı var. Giriş qapılarının önündə eyvan (sahəsi 28x2 metr) yerləşmişdir. İbadət zalının hündürlüyü 5 metrdir. Məscidin minbəri taxtadandır, beşpilləlidir. Mehrabı çox sadə olub, hündürlüyü 4 metrdir. İbadət zalında (tağvari formada) 18 pəncərə qoyulmuşdur.Sovetlər dövründə anbar kimi istifadə edilmişdir. 1988-ci ildə məscid öz fəaliyyətini bərpa etmişdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər