Facebook Pixel Code
GoMap XƏRITƏ
Cəlilabad şəhər Şəhidlər məscidi
Baxış sayı:
  • Ünvan:
    Mehdi Hüseyn, Cəlilabad, AZ1500
  • Telefon:
    (+994 50) 633-66-27 (Ağayev Məhəmməd Məmi)
Avtobus

Göytəpə məscidi (Cəlilabad rayonu) - Məscid Cəlilabad rayonunun mərkəzindədir. 1992-ci ildə inşa olunub. Həyətyanı sahəsi 10000 kv.metr, iç sahəsi isə 30x30 metrdir. Cəlilabad rayonu Göytəpə məscidinin əsas binası mişar daşı ilə tikilmişdir. Giriş qapısının ön tərəfində 3 tağdan ibarət arka yerləşmişdir. Arka bişmiş kərpicdən hörülmüşdür. Məscid yerli sakin Hacı Sərdar Məşədi Əsgər oğlunun təşəbbüsü ilə tikilib. (1993-cü ildə vəfat edib). Ustası Atababa İsayev, Cümşüd Ağayev və Xosrov Quliyevdir. Məscidin giriş qapısının sağ tərəfində qara mərmər lövhə asılmışdır ki, bunun da üzərində məscidin tikilməsinə başçılıq edən Hacı Sərdarın adı qeyd edilmişdir. Giriş qapısının ön tərəfində eyvan yerləşmişdir. Onun döşəməsi daş pilitə, tavanı isə taxtadır. Məscidin minarələrinin hündürlüyü 23 metrdir. Minarələr dəyirmi şəkildə olub, başdan-başa bişmiş ağ kərpiclə hörülmüşdür. Damın örtüyü ağ dəmir təbəqədəndir. Döşəmə bişmiş qırmızı kərpicdən, tavan isə taxtadandır. Döşəmədən tavana qədər hündürlüyü 7 metrdir. Minbəri taxtadandır, mehrab isə bişmiş kərpicdəndir. Məscidin iki əsas giriş qapısı vardır (bir əlavə giriş qapısı da mövcuddur). Qapılar taxtadan düzəldilmişdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər