Facebook Pixel Code
GoMap XƏRITƏ
Qıvraq məscidi
Baxış sayı:
  • Ünvan:
    Kəngərli, AZ7403
Avtobus

Qıvraq kənd cümə məscidi - Məscid Kəngərli rayonunun Qıvraq kəndində yerləşir. 1917-ci ildə inşa olunub. İbadət zalının sahəsi 22x16 metrdir. Məscid adi dağ daşlarından inşa olunub. Məscidin əsas binasının qarşısında eyvan yerləşib. Onun sahəsi 3,5x26 metrdir. Qıvraq kənd Cümə məscidinin damı dəmir təbəqə ilə örtülüb. İç divarları suvanıb. Minbəri beşpilləlidir və bişmiş kərpicdən hörülüb. Döşəməsi taxta, tavanı isə fanerdəndir. Döşəmədən tavanadək hündürlüyü 6,5 metrdir. Məscid iki hissədən-kişilər və qadınlar şöbəsindən ibarətdir. Qadınlar şöbəsi ikimərtəbəlidir. Qıvraq kənd Cümə məscidində 1988-1990-cı illərdə təmir-bərpa işləri aparılıb. Bu zaman damın örtüyü dəyişdirilib, içi gəclə suvanıb və damın üstündə minarə (6 metr) ucaldılıb.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər