Facebook Pixel Code
GoMap XƏRITƏ
Məscid
Baxış sayı:
  • Ünvan:
    Culfa, AZ7216
Avtobus

Culfa rayonunun Camaldın kəndində yerləşən bu məscidin bünövrəsi XIX əsrdə qoyulub. Əsas ibadət zalının sahəsi 15x10 metrdir.Camaldın kənd məscidinin divarları çaylaq daşından hörülüb və gəclə suvanıb. Camaldın kənd məscidinin divarlarının qalınlığı 1m.20 sm-dir. Məscid kişi və qadın şöbəsinə ayrılıb. Damı şiferlə örtülüb. Tavan iki sütun üzərində dayanıb. Məscidin fasad hissəsində şüşəbənd vardır. Camaldın kənd məscidinin hündürlüyü 14 metr olan minarəsi də var.

Məscid binası çox bərbad vəziyyətdə olduğundan 1987-1990-cı illərdə burada təmir-bərpa işləri aparılıb. Sovetlər dövründə məscid gübrə anbarı kimi istifadə edilmişdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər