Facebook Pixel Code
GoMap XƏRITƏ
Seyid Qədir məscidi (Cümə məscidi)
Baxış sayı:
  • Ünvan:
    Əjdər Məlikov, Bakı, Sabunçu, AZ1135
  • Telefon:
    (+994 51) 811-41-09 (Şahverənzadə Sərvər Sabir)
Avtobus

Məscid Bakının Pirşağı kəndində yerləşir. Həyətyanı sahəsi 600 kv.metr, kişilər şöbəsinin sahəsi 89 kv.metr, qadınlar şöbəsinin sahəsi isə 26 kv.metrdir. Düzbucaqlı formaya malikdir. Günbəzi 4 tağ üzərində dayanıb. Minbər taxtadan düzəldilib və üstündə 1344-cü (XX əsrin 20-ci illəri) il tarixi qeyd olunub. Məscidin ön tərəfində eyvan yerləşib. Qadınlar şöbəsi iki mərtəbəlidir. Qadınlar şöbəsi kişilər şöbəsindən şəbəkə ilə ayrılıb. Məscidin həyətyanı sahəsi yaşıllıqlar içərisindədir. Həyəti asfaltla döşənib. Bu məsciddə daha iki kitabə vardır. Onlardan biri məscidin giriş qapısından sol tərəfdəki kitabədir ki, onun üzərində 1326-cı il tarixi göstərilib. Digər kitabə məscidin içərisində, dərs otağının qapısının üstündədir və onun üstündə 1305-ci il (XIX əsrin 80-ci illəri) tarixi göstərilib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər