Facebook Pixel Code
GoMap XƏRITƏ
Qurban məscidi
Baxış sayı:
  • Ünvan:
    Vəli Vəliyev, Bakı, Sabunçu, AZ1037
Avtobus
Məscid Ramana kəndində yerləşib. 1912-1914-cü illərdə inşa olunub. Əsas ibadət zalının sahəsi 14x14 metrdir. Məscid əsas ibadət zalı, dəhliz və üç yardımçı otaqdan ibarətdir. Əsas ibadət zalının tavanı dörd böyük sütun üzərində dayanıb. Sütunlar yonulmuş sal daşlardan işlənib. Tavan və sutunların qovuşan hissəsi nəbati ornamentlərlə işlənib. Döşəmə daş plitələrlə döşənib. Bütün qapı və pəncərələr haşiyələrlə bəzənib. Məscidin mehrabı bərbad vəziyyətdə olduğundan onun üzərində bərpa və təmir işləri aparılır. Məscidin giriş qapısı üstündəki portal eynən Sabunçu məscidinin portalını xatırladır. Portalın hündürlüyü məscidin öz hündürlüyü qədər, təxminən yeddi metrdir. Məscidin damı qırla örtülüb. Məscid sovetlər dövründə fəaliyyət göstərməyib. Bu məscidin layihəsi 1912-ci ildə hazırlanıb və memarı Zivərbəy Əhmədbəyovdur.
Son xəbərlər