Facebook Pixel Code
GoMap XƏRITƏ
Yuxarı məscid
Baxış sayı:
  • Ünvan:
    Üzeyir Hacıbəyli, Bakı, Sabunçu, AZ1094
Avtobus
Məscid Bilgəh kəndində yerləşir. İnşa tarixi XIX əsrə aiddir. Həyətyanı sahəsi 600 m2, iç sahəsi 15x4 metrdir. Yuxarı məscid düzbucaqlı formadadır. Divarlarının qalınlığı 80 sm-dir. Məscidin interyeri, eləcə də günbəzi sadə konstruksiyaya malikdir. Günbəz iki tağ üzərində dayanıb. Diametri 4 metrdir. Yerdən tavanadək hündürlüyü 3,5 metr, yerdən günbəzədək isə 6 metrdir. Günbəzdə üç pəncərə qoyulub. Məscidin içəri hissəsi iki yerə - kişilər və qadınlar şöbəsinə bölünüb. Qadınlar şöbəsinin sahəsi 4x4 metrdir (16 m2). Məscidin əsas giriş qapısının üstündə daş kitabə həkk olunub. Daş kitabədə hicri-qəməri təqvimi ilə 1323-cü il, məscidin ön divarlarına vurulmuş dəmir lövhədə isə XIX əsr abidəsi olduğu göstərilib.
Son xəbərlər