Facebook Pixel Code
GoMap XƏRITƏ
Keçəllər məscidi
Baxış sayı:
  • Ünvan:
    Mikayıl Useynov, Bakı, Sabunçu, AZ1039
Avtobus
Məscid Maştağa kəndində inşa edilib. Bünövrəsi hicri-qəməri təqvimi ilə 1293-cü ildə (XIX əsrin 70-ci illəri) qoyulub. Məscidin divarları yonulmuş daşlardan tikilib. Giriş qapısının sağ tərəfindəki divarda-qapı üstündə məscidin inşa tarixi haqda məlumat verən daş kitabə həkk olunub. Minbər beşpilləlidir və taxtadan düzəldilib. Döşəmə daş plitələrlə işlənib. Tavan 8 ədəd daş sütun üzərində dayanıb. Günbəzin diametri 3 metrdir və üstü yaşıl rənglə rənglənib. Günbəzdə 4 tağvari formalı pəncərə qoyulub. Mehrabın (hündürlüyü 2,80 metr) üstündə ərəbcə yazılar vardır. Maştağa kənd İmam Zaman məscidi iki hissəyə-kişilər və qadınlar şöbəsinə bölünüb. Qadınlar şöbəsi iki mərtəbədən ibarətdir. Şöbələr arasındakı arakəsmə şəbəkə ilə işlənib. Məscidin içərisində bir neçə yardımçı otaq da var. Sovetlər dövründə (1937-1989) anbar kimi istifadə olunub. Məscidin nəzdində vaxtilə mədrəsə olub.
Son xəbərlər