Facebook Pixel Code
GoMap XƏRITƏ
Gövhər Bikə məscidi
Baxış sayı:
Avtobus
Məscid Maştağa kəndinin Xunxar məhəlləsindədir. İnşa tarixi hicri-qəməri təqvimi ilə 1316-cı ilə (XIX əsrin sonu) aiddir. İç sahəsi 12x12 metrdir. Gövhərabad məscidinin binası sal daşlardan, günbəzi isə mişar daşından tikilib. Bir giriş qapısı var. Tavan dörd sütun üzərində dayanıb. Sütunlar dörd böyük tağla günbəzə birləşib. Giriş qapısının üstündə məscidin inşa tarixini göstərən daş kitabə həkk olunub. Bu məscidə camaat arasında "Gövhərbikə" məscidi də deyilir.
Son xəbərlər