Facebook Pixel Code
GoMap XƏRITƏ
Nardaran qəsəbə Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Asəf Zeynallı, Bakı, Sabunçu, AZ1097
Avtobus
Məscid Nardaran kəndinin Ağa məhəlləsində inşa olunub. Həyətyanı sahəsi 400 m2, iç sahəsi isə 14x22 metrdir. Məscid yonulmuş sal daşlardan tikilib. Damı torpaq-gildən olub, üstünə tol çəkilmişdir. Döşəmə daş plitələrlə döşənib. Döşəmədən tavana qədər hündürlüyü 4 metr, döşəmədən günbəzədək isə 8 metrdir. Tavan səkkiz sütun üzərində dayanıb. Sütunlar sal daşlardandır və tağlar vasitəsilə bir-birinə birləşib. Məscidin iki giriş qapısı, yuxarı hissəsində 11 pəncərə, aşağı hissəsində 5 pəncərə vardır. Günbəzin diametri 5 metrdir. Günbəzdə 3 tağvari pəncərə qoyulub. Mehrabı divarın içindədir və mərmərlə üzlənib. Yeddipilləli minbər daşdan düzəldilib və mərmərlə üzlənib. Məscid divarlarının qalınlığı 80 sm-dir. Nardaran kənd Cümə məscidinin həyətyanı sahəsi yaşıllıqlar içərisindədir. Həyətyanı sahədə mədrəsə var. Bura 1992-ci ildən təaliyyət göstərir. Bu məscid sovetlər dövründə bağlı olub və istifadə edilməyib. Fəaliyyəti 1986-cı ildən etibarən bərpa edilib.
Son xəbərlər