Facebook Pixel Code
GoMap XƏRITƏ
Sərşəhər məscidi
Baxış sayı:
  • Ünvan:
    Sərşəhər, Ordubad, AZ6900
Avtobus

Məscid Naxçıvan MR-in Ordubad şəhərində yerləşib. Məscidin bünövrəsi çaylaq daşları ilə, ondan yuxarı hissəsi isə bişmiş kərpiclə işlənib. Məscid kvadrat şəklinə malik olub, iki mərtəbədən ibarətdir. Zahiri görünüşü kifayət qədər cəlbedicidir. Tavanı taxta və fanerlə, döşəməsi isə taxta ilə işlənib. Tavan altı taxta sütun üzərində dayanıb. Bundan əlavə, məscidin kənarlarında 12 daş sütun da vardır və məscid əsas etibarilə həmin sütunların üzərində qərar tutub. Sərşəhr məscidinin ikinci mərtəbəsində kitabxana da var. Burada dini kitablar və əlyazmalar saxlanılır. Əlyazma əsərlərinin sayı otuzdan çoxdur.
Sərşəhr məscidinin tağlı pəncərələri ona xüsusi gözəllik verir. Pəncərələr həm də şəbəkələrlə bəzənib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər