Facebook Pixel Code
GoMap XƏRITƏ
Lökbatan qəsəbə Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Küçə A(şərti ad), Bakı, Qaradağ, AZ1079
  • Telefon:
    (+994 50) 378-95-48 - Əhmədov Faiq Ağamoğlan
Avtobus

Məscid Maştağa kəndinin mərkəzi hissəsindədir. Bünövrəsi hicri-qəməri təqvimi ilə 1129-cu ildə inşa olunub. İç sahəsi 20x17 metrdir. Maştağa kənd Cümə məscidi iki hissədən-kişilər və qadınlar şöbəsindən ibarətdir. Qadınlar şöbəsi iki mərtəbəlidir və hər mərtəbənin sahəsi 16x8 metrdir. Tavan 20 daş sütun üzərində dayanıb. Sütunlar tağlarla bir-birinə birləşib. Günbəzin diametri 3,5 metrdir. Günbəzdə səkkiz pəncərə qoyulub. Məscidin iki giriş qapısı və yeddi böyük pəncərəsi var. Mehrabı sadə formaya malikdir və divarın içindədir. Minbəri taxtadandır və yeddipilləlidir. Döşəmə mərmərlə üzlənib. Minarənin hündürlüyü 46 metrdir. O, yonulmuş sal daşlarla tikilib və daş plitələrlə üzlənib. Məscidin əvvəlki minarəsi 1936-cı ildə sökülmüşdür. Məscidin önündə açıq eyvan yerləşib. Burada kitabələr həkk olunub. Bu məscid sovetlər dövründə bir müddət bağlı qalmış, qalan digər vaxtlarda öz fəaliyyətini davam etdirmişdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər