Facebook Pixel Code
GoMap XƏRITƏ
Nuran Xatun məscidi
Baxış sayı:
  • Ünvan:
    Məhəmməd Əmin Rəsulzadə, Ağsu, AZ0600
  • Telefon:
    (+994 50) 347-49-32 - İslamov Nurəddin Sədi
Avtobus

Nuran Xatun məscidi - Ağsu şəhərinin Köhnə Bazar məhəlləsində (indiki Məhəmməd Əmin Rəsulzadə küçəsi) yerləşib. Bünövrəsi 1996-cı ildə qoyulub. 1997-ci ilin əvvəllərindən fəaliyyətə başlayıb. Həyətyanı sahəsi 2000 kv.metr, iç sahəsi 15x11 metrdir. Ağsu şəhər Nuran Xatun məscidinin əsas ibadət zalı mişar daşı ilə hörülmüşdür. İbadət zalında 24 (tağvari formada və taxtadan) pəncərə qoyulmuşdur. Məscidin qadınlar şöbəsinin sahəsi 12x7 metrdir. Minarənin hündürlüyü 14 metrdir. Minarə dəmir borudandır. Məscidin döşəməsi beton, tavanı isə taxtadandır. Yerdən günbəzin hündürlüyü 9 metrdir. Mehrabı çox sadə formada olub, hündürlüyü 2,5 metrdir. Məscidin dam örtüyü, günbəzləri, habelə minarənin üstü dəmir təbəqə ilə işlənib. Günbəzin sayı üçdür. Onlardan ikisi kiçik, biri isə böyük ölçüyə malikdir. Minarə osmanlı memarlığı üslubundadır. Ağsu şəhər Nuran Xatun məscidi Azərbaycan Gəncliyə Yardım Fondunun vəsaiti hesabına tikilib. Məscidin memarı Ağsu rayonunun baş memarı Sərdar Bayramovdur.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər