Facebook Pixel Code
GoMap XƏRITƏ
"Əli Ayağı" məscidi
Baxış sayı:
  • Ünvan:
    Qədəmgah, Bakı, Xəzər, AZ1090
Avtobus
Ziyarətgah Bakı şəhərinin şəhər tipli qəsəbəsi olan Buzovnada yerləşir. Qeyd edək ki, son illər xalqımızın həyatında özünü dərketmə məscidlərin, dini məbədgahların bərpası kimi proseslərin güclənməsi ilə səciyyələnir. Belə məscid- ziyarətgahlardan biri də məhz bu qəsəbədə yerləşən və müsəlman aləmində böyük nüfuzu olan Həzrət Əli (ə) qədəmgahı, "Əli-ayağı" məscid-ziyarətgahıdır. Vaxtilə burada dindarların namaz və başqa dini ayinləri icra etmələri üçün məscid, habelə zəvvarlar üçün karvansaralar fəaliyyət göstərib. Qədəmgaha vaxtilə Təbriz, Dəməşq, Səmərqənd, Daşkənd, Kəlküttə və dünyanın digər iri ticarət - iqtisadi məskənlərindən gələrmişlər. Xalq arasında qədəmgah barəsində müxtəlif tarixi rəvayətlər və xatirələr danışılır. Qədəmgahın bu günədək qorunub saxlanılmasında yerli insanların da böyük rolu olmuşdur. Bu qədəmgaha ziyarətə gələnlər Həzrət Əlinin (ə) ayaq ləpirinin izini öpməklə və dua etməklə müxtəlif xəstəliklərdən şəfa tapırlar. 1987-ci ildə yerli camaatın təşəbbüsü ilə qədəmgahda bərpa və yenidənqurma işlərini aparmaq üçün buzovnalı Məşədi Arif Əhməd oğlu bu müqəddəs ziyarətgahın şeyxi təyin olunur. Məhz şeyxin və xalqımızın xeyirxah övladlarının köməyi sayəsində burada məscid, zəvvarlar üçün yataq otaqları, hər cür məişət avadanlıqları ilə təmin olunmuş mətbəx, dərs otaqları, zəngin kitabxana, sallaqxana, qaraj, qadınlar və kişilər üçün dəstəmazxana və s. lazımi xidmət otaqları istifadəyə verilib.
Son xəbərlər