Facebook Pixel Code
GoMap XƏRITƏ
Rəhimoba kənd məscidi
Baxış sayı:
  • Ünvan:
    Xaçmaz, AZ2716
Avtobus

Məscid Xaçmaz rayonunun Rəhimoba kəndində yerləşir. Həyətyanı sahəsi 100 m2 , iç sahəsi isə 9x9 metrdir. Rəhimoba kənd məscidi düzbucaqlı formadadır və başdan başa çiy kərpiclə tikilib. Damı dəmir təbəqə ilə örtülüb. Günbəzi güldəstə formasındadır. Yerdən günbəzədək hündürlüyü 12 metrdir. Günbəzin yuxarı hissəsi dairəvi formadadır. Onun üstündə aypara qoyulub. Məscidin iç və fasad divarları suvanaraq ağardələb. İbadət zalında iki qapı və pəncərə qoyulub. Döşəməsi torpaq, tavanı isə taxtadandır. Divarlarının qalınlığı 0,70 metrdir. Giriş qapılarının önündə eyvan (9x1,5 m) yerləşib, Mehrabı divarın içərisindədir. Məscidin döşəməsindən tavanınadək hündürlüyü 3 metrdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər