Facebook Pixel Code
GoMap XƏRITƏ
Məscid
Baxış sayı:
  • Ünvan:
    Oruc Rzayev, Saatlı, AZ4900
Avtobus

Bu məscid Saatlı şəhərinin mərkəzindədir. Həyətyanı sahəsi 1000 kv.metr, iç sahəsi 25x34 metr, hündürlıiyü isə 6 metrdir. Yerdən günbəzədək hündürlüyü isə 11 metrdir. Həyətyanı sahəsi daş və dəmirdən ucaldılmış hasara alınıb. Düzbucaqlı formaya malik olan bu məscid 1995-ci ildə tikilmişdir. Tavanı betondan olub, 12 düzbucaqlı formalı sütun üzərində dayanıb. Sütunlar mişar daşından hörülüb. Məscidin qadınlar üçün nəzərdə tutulmuş hissəsi ikinci mərtəbədə yerləşir. Bura hücrələr şəklində olan 10 otaqdan ibarətdir və ümumi sahəsi 200 kv.metrə bərabərdir. Məscidin ibadət zalı dörd bir tərəfdən daş plitələrlə üzlənib. Saatlı şəhər Cümə məscidinin iki böyük minarəsi var. Kərpicdən hörülmüş bu minarələrin hündürlüyü 20 metrdir. Minarələrin aşağı hissəsi düzbucaqlı, yuxarı hissəsi isə dəyirmi formadadır. Minbəri taxtadandır və beşpilləlidir. Mehrabı isə divarın içərisində olub, hündürlüyü 3 metrdir.

.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər