Facebook Pixel Code
GoMap XƏRITƏ
İsmayıllı şəhər Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Əbülhəsən Ələkbərzadə, İsmayıllı, AZ3100
  • Telefon:
    (+994 70) 647-82-92
Avtobus

İsmayıllı şəhər cümə məscidi - Məscid İsmayıllı şəhərinin mərkəzindədir. Hicri-qəməri təqvimi ilə 1303-cü ildə inşa edilib. Həyətyanı sahəsi 5000 kv.metr, iç sahəsi isə 10x15 metrdir. Məscid formaca dördbucaqlı olub, divarları çaylaq daşı ilə hörulmüşdür. Yaşıllıqlar içərisində olan həyətyanı sahə daş hasara alınıb. Məscidin qarşı tərəfi asfaltla döşənib. 3 giriş qapısı var. Onlardan birinin üstündə daş kitabə həkk olunub. Məscidin döşəməsi və habelə eyvanının döşəməsi daş plitə ilə işlənib. İbadət zalında 10 tağvari formalı pəncərə qoyulub. Minbəri taxtadandır və səkkizpilləlidir. Günbəz səkkizguşəli güldəstə formasındadır. Məscidin üstündə aypara və beşguşəli ulduz qoyulmuşdur.Məscidin həyətində mədrəsə binası var. Hal-hazırda mədrəsə üçün başqa bir bina da tikilir.Sovetlər dövründə - 1937-ci ildən 1988-ci ilə qədər məktəb, hərbi kazarma, həbsxana və anbar kimi istifadə edilib. 1989-90-cı illərdə burada təmir-bərpa işləri aparılıb və məscid istifadəyə verilib. Bu işlər Azərbaycan Mədəniyyət Nazirliyinin Bərpa İdarəsi və yerli şəhər camaatı tərəfindən həyata keçirilmişdir. Məscidin nəzdində fəaliyyət göstərən mədrəsə rəsmi olaraq qeydiyyatdan keçib.

Azərbaycan Respublikası muzeylərinin ensiklopediyası

Son xəbərlər