Facebook Pixel Code
GoMap XƏRITƏ
Kiçik bazar məscidi (XIX əsr)
Baxış sayı:
  • Ünvan:
    Şəhidlər, Lənkəran, AZ4200
Avtobus

Yerli əhəmiyyətli memarlıq abidəsi olan Kiçik Bazar məscidi 1906-cı ildə Lənkəranda inşa edilmişdir. Məscidin inşasında əsasən qırmızı kərpicdən, yerli qiymətli meşə materiallarından, kirəmitdən istifadə edilmişdir. Lənkəran məscidlərinin başqa regionlarda olan məscidlərdən fərqli cəhəti minarələrin olmamasıdır. Məscidin inşasına Tağı bəy, Ağa bəy, molla Nəsir və bütün o vaxtkı şəhər camaatı vəsait vermişdir. Məscidin nəqqaşı usta Rəhim və onun atası olmuşdur. Məscid inşa edilərkən onun yanında Güldəstə adı ilə məşhur olan möhtəşəm minarə olmuşdur. XX əsrin 30-cu illərində Sovet Hakimiyyəti tərəfindən dinlə mübarizə şüarı altında bu əzəmətli minarə dağıdılmışdır.

Məscid özü indiyədək öz əvvəlki görkəmini saxlamış və dövlət tərəfindən mühafizə olunur. Kiçik bazar məscidi zonadakı məscidlərdən tamamilə fərqlənir. Giriş hissələrindəki örtmələr, pəncərələrin dar şəkildə hörülməsi onun fərqləndirici əlamətləridir. Məscidin uzunluğu 26 m, eni 10 m, divarının qalınlığı 1 metrdir. Sovet hakimiyyəti dövründə məsciddən anbar kimi istifadə olunmuşdur. 1988-ci ildən yenidən məscid kimi fəaliyyətə başlamışdır

http://lankaranmks.jimdo.com/tarixiabid%C9%99l%C9%99rimiz/

http://www.lankaran.az/content.php?page=dini_abide

Son xəbərlər