Facebook Pixel Code
GoMap XƏRITƏ
Məscid
Baxış sayı:
  • Ünvan:
    Mirəsədulla Mirqasımov, Abşeron, AZ0101
Avtobus

Məscid Abşeron rayonunun mərkəzində - Xırdalanda yerləşir. Hicri-qəməri təqvimi ilə 1263-cü ildə (XIX əsrin ortaları) inşa olunub. Əsas ibadət zalının sahəsi 12x15 metrdir. Xırdalan qəsəbə məscidinin divarları daşdan hörülüb. Mehrabı yonulmuş daşlardan inşa edilib. Mehrabın hündürlüyü 4 metrdir. Minbəri qoz ağacından düzəldilib, yeddi pilləlidir və üstündə hicri-qəməri ilə 1324-cü il tarixi (XX əsrin əvvəlləri) göstərilib. Burada verilən başqa bir məlumata görə, minbər usta Hacı Əbdülbaqi Hacı Hüseyn Əli oğlu tərəfindən düzəldilib. Məscidin tavanı iri sal daşlardan hörülmüş sütunlar uzərində dayanıb. Sütunlar tağlara birləşdirilmişdir. Məscidin qadınlar şöbəsi ikinci mərtəbədə yerləşib. Onun sahəsi 4x12 metrdir. Xırdalan qəsəbə məscidinin tavanadək hündürlüyü 7 metr, yerdən günbəzədək isə 12 metrdir. Günbəzin diametri 4 metrdir. Günbəzin dairəvi hissəsində Kəlmeyi-təyyubə (La ilahə illəllah, Mühəmmədən Rəsulallah, Əliyyən Vəliyullah) yazılıb. Qeyd edək ki, bu sözlər günbəzdə beş dəfə təkrar edilir. Günbəzdə 4 pəncərə qoyulub. Pəncərələr naxışlı və rəngli şüşələrlə işlənib. Məscid minarəsi son dövrlərdə tikilib. Onun hündürlüyü 32 metrdir. Onu da xatırladaq ki, vaxtilə bu məscidin minarəsi də olub. Ancaq 1937-ci ildə sökülüb, onun materialından isə məktəb tikintisində istifadə edilib. Bu məscid sovetlər dövründə anbar kimi istifadə olunub. Sovetlər dağılandan sonra burada təmir işləri aparılaraq məscid kimi fəaliyyəti bərpa edilib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər