Facebook Pixel Code
GoMap XƏRITƏ
Ordubad şəhər Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    M.Sidqi, Ordubad, AZ6900
Avtobus

Ordubad şəhər cümə məscidi - Məscid Ordubad şəhərində tikilib. İnşa tarixi XVIII əsrə aid olunur. Ümumi sahəsi 520 kv.metr, kişilər şöbəsinin sahəsi 24x15 metr, qadınlar şöbəsinin sahəsi 24x11 metrdir. Əvvəlcə alban kilsəsi olan bu bina sonradan məscid formasına salınıb və bir qədər də genişlənib. Dağ üstündə yerləşmiş bu məscidin divarları Ordubadda istehsal edilmiş bişmiş kərpicdən tikilib və üstü gəclə suvanıb. Məscid iki hissəyə-kişilər və qadınlar şöbəsinə bölünüb. Hər iki şöbə sütun və tağlarla rövnəqlənib. Ordubad şəhər Cümə məscidinin mərkəzində mehrab qoyulub. Mehrabın üstündə, günbəzdə kvadrat formasında "Həşr" surəsinin axırıncı ayəsi həkk olunub. Mehrabın bir qədər yuxarısında Allah, Məhəmməd və 14 məsumun adı yazılıb. Mehrabın baş tərəfində isə "Ayətül-kürsi" yazılıb.Ordubad şəhər Cümə məscidinin giriş qapısının üstündə ərəb və fars dillərində daş üzərində yazılar həkk olunub. Xüsusən mehrabın üstündəki dörd dəfə təkrarlanan "Əli" sözünün ornament işləməsi diqqətəlayiqdir. Bundan əiavə, mehrabdakı nəbati ornamentlər də xüsusi maraq doğurur. Ordubad şəhər cümə məscidinin üç giriş qapısı var. Bu qapılara dabanlı qapılar deyilir. Onlar qoz ağacından hazırlanıb.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər