Facebook Pixel Code
GoMap XƏRITƏ
Hacı Rahim məscidi
Baxış sayı:
  • Ünvan:
    Göyçay, AZ2322
  • Telefon:
    (+994 50) 688-85-96 (İsmayılov Zöhrab Arif)
Avtobus

Məscid Göyçay rayonunun Qaraman kəndində yerləşib. İç sahəsi 16x16 metr, həyətyanı sahəsi 2000 kv.metrdir. Məscidin tikilmə tarixçəsi belədir: Əslən Göyçayın Alhoud kəndindən olan Hacı Rəhim Əfəndi 1889-cu ildə Türkiyəyə səfər edir. O, buradakı möhtəşəm məscidləri, ibadət evlərini görüb, öz doğma yurdunda məscid tikdirmək qərarına gəlir. O, 1891-ci ildə vətənə qayıdır və kənd camaatının köməkliyi ilə Qaraman kəndində məscidin tikintisinə başlayır. 1891-ci ildə kənd camaatı və şəxsən onun iştirakı ilə məscidin təntənəli açılışı olur. Məscidin açılmasında onun əsas məqsədi müsəlmanlar üçün ibadət evi yaratmaq, habelə uşaqlara ilahiyyatdan və ümumiyyətlə, islam elmlərindən bilik vermək idi. Lakin çox təəssüf ki, Hacı Rəhim Əfəndinin tikdirdiyi və öz memarlıq üslubu ilə Göyçay qəzasında yeganə olan bu məscid sovetlər dövründə bərbad hala salınıb. Belə ki, o, anbar kimi istifadə olunaraq uzun müddət baxımsız vəziyyətdə qalıb. Yalnız möhkəm memarlıq keyfiyyətinə görə məscid tamamilə uçub-dağılmamış, bu günə gəlib çatmışdır. Hal-hazırda məscid binası Hacı Rəhim Əfəndinin nəvəsi Elxan Süleymanovun şəxsi vəsaiti hesabına təmir olunur. Məscidin 16 metr hündürlüyü olan minarəsi də var. Minarə bişmiş kərpicdən tikilib. Lakin o, axıra qədər tikilməyərək yarımçıq qalıb. Məscidin damı dəmir təbəqə ilə örtülüb. Bütün qapı və pəncərələri düzbucaqlı formadadır.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər