Facebook Pixel Code
GoMap XƏRITƏ
Şağlaküçə kənd İmam Zaman məscidi
Baxış sayı:
  • Ünvan:
    K1, Lənkəran, AZ4229
  • Telefon:
    (+994 50) 552-94-38 (Axundov Qafur Dadaş)
Avtobus

Şağlaküçə kənd məscidi - Lənkəran rayonunun Şağlaküçə kəndində yerləşir. Hicri-qəməri təqvimi ilə 1322-ci ildə (XX əsrin əvvəlləri) inşa edilib. Həyətyanı sahəsi 600 kv.metr, ibadət zalının sahəsi 20x10 metrdir. Düzbucaqlı formada olan bu məscid bişmiş kərpiclə tikilib. Damının örtüyü qırmızı kirəmitlə işlənib. İki giriş qapısı var. Qapılar tağvari formadadır və taxtadan düzəldilib. Məscid hündürlüyü 1,10 metrolan səki üstündə yerləşib. Məscidin döşəməsi bişmiş kərpic, tavanı isə taxtadandır. Tavan beş taxta sütun üstündə dayanıb. Minbər taxtadandır, yeddiguşəlidir. Mehrab divarın içində olub, hündürlüyü 3 metrdir. Mehrabın sağ tərəfində qadınlar şöbəsi yerləşib. Qadınlar şöbəsi ilə kişilər şöbəsi taxta şəbəkə ilə ayrılıb. Qadınlar şöbəsinin sahəsi 3x9 metrdir. Məscidin divarlarının qalınlığı 1 metrdir. İbadət zalında dörd pəncərə qoyulub. Pəncərələr rəngli şüşələrlə işlənib. Məscid sovetlər dövründə, daha dəqiq desək, 1936-cı ildən 1989-cu ilə qədər istifadəsiz qalıb. 1984-cı ildə burada təmir işləri aparılıb. 1986-cı ildən 1990-cı ilə qədər kitabxana kimi istifadə olunub. 1990-cı ildə yerli kənd camaatının vəsaiti ilə başqa bir yerdə kitabxana tikilərək məsciddəki kitablar ora daşınıb. Elə həmin il məsciddə təmir işləri aparılmış və onun təaliyyəti yenidən bərpa olunmuşdur.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər