Bakıxanov (səməd bəy mehmandarov)Abbasqulu Ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığında Əmircan kəndində varlı ailədə anadan olub. O, 1820-30-cu illərdə çar Rusiyası ordusunda qulluq edib, Türkmənçay müqaviləsinin imzalanmasında tərcüməçi kimi iştirak edib. "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub.2011-ci ildə tarixçi, şair və maarifçi Abasqulu Ağa Bakıxanova heykəl qoyulub. Heykəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tarixi şəxsiyyətin adını daşıyan parkda yerləşir.