Facebook Pixel Code
GoMap XƏRITƏ
Səməd Vurğunun heykəli
Baxış sayı:
  • Ünvan:
    Dilarə Əliyeva, Mingəçevir, AZ4506
Avtobus
1961-ci ildə qoyulmuşdur. Heykəltəraş F.Əbdürrəhmanov, arxitektor M.Useynovdur. Keçmiş SSRİ-də ədəbiyyat xadiminə, dərhal onun ölümündən sonra qoyulmuş ilk abidələrdən biri adlanır.Səməd Vurğun – Səməd Yusif oğlu Vəkilovun (21.3.1906-27.5.1956) ədəbi təxəllüsüdür. Məşhur Azərbaycan şairi və ictimai xadimi. AzSSR xalq şairi (1956), AzSSR Elmlər Akademiyasının akademiki (1945), AzSSR əməkdar incəsənət xadimi (1943). O, uzun illər Azərbaycan Yazıçılar İttifaqına başçılıq etmişdir, dəfələrlə SSRİ Ali Sovetinin deputatı seçilmişdir, bir çox orden və medallarla təltif olunmuşdur.Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1924-cü ildə Qazax seminariyasını bitirərək, Qazaxda, Qubada, Gəncədə müəllim işləmişdir. 1924-cü ildən başlayaraq çap olunmağa başlamışdır. 1929-1931 illərdə Moskva Universitetundə, 1931-1933 –cü illərdə isə Lenin adına APİ-nin aspiranturasında oxumuşdur. O, Azərbaycan Yazıçılar ittifaqının1934-1937 –ci illərdə elmi katibi, 1941-1948 –ci illərdə isə sədri seçilir. 1954-1956 illərdə AzSSR Elmlər Akademiyasının vitse-prezidenti seçilir.Vurğun – Azərbaycanda yeni poeziya məktəbinin banisidir. Onun qəhrəmanlıq-romantik “Vaqif” dramı XVIII əsrin şairinə həsr olunmuşdur; məhəbbət-lirik "Fərhad və Şirin" dramının şeirləri Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının süjetinə yazılmışdır»; “İnsan” dramındakı şeirlərində qəddarlığa və zorakılığa etiraz edir, humanizmi təsdiq edir. “Muğan”, “Aygün” poemalarında, o öz müasirlərinin obrazlarını yaratmışdır. Səməd Vurğun AzSSR dövlət himninin müəlliflərindən biri olmuşdur. Səməd Vurğun amansız kommunist diktaturası dövründə yaşayaraq, öz şeirlərində rejimi tərifləməyə məcbur idi. Təəssüf ki, onun bir sıra əsərləri sovet dövrünün ideoloji damğasını daşıyır. Bu vəziyyətə baxmayaraq, Səməd Vurğunun yaradıcılığı, onun şeirlərinin lakonik və təmkinli stili Azərbaycan poeziyasının inkişafına böyük təsir göstərmişdir. Vurğunun əsərləri müasir Azərbaycan dili üçün nümunə sayılır və o, həqiqətən də böyük söz ustadı olmuşdur və olaraq qalır.
Son xəbərlər