Facebook Pixel Code
Həsən bəy Zərdabinin heykəli
Baxış sayı:
  • Ünvan:
    Böyük Qala, Bakı, Səbail, AZ1000
Avtobus

1970-ci illərin əvvəlində, Ensiklopediya binasının önündə qoyulmuşdur.Heykəltəraş E. Hüseynova, arxitektor Z. Quliyeva

Həsənbəy Zərdabi (Məlikov) (1842-1907) – Azərbaycan maarifçisi, təbiətşünas, ziyalı, publisist və pedaqoq. Zərdab kəndində, ziyalı ailəsində anadan olmuşdur. 1861-ci ildə Tiflisə uyezd gimnaziyasını və 1865-ci ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsini bitirərək, Həsənbəy Tiflisdə işə başlayır. Lakin, onun dövlət strukturlarında korrupsiyaya qarşı çıxış etməsi ona gətirib çıxardı ki, o təqibdən canını qurtararaq, Bakıya köçməyə məcbur oldu. Burada, o 1869-cu ildən Bakı gimnaziyasında təbiət tarixi müəllimi işləməyə başladı. Zərdabi, Darvinin Azərbaycanda ilk ardıcıllarından biri olmuşdur. Bitkilərin seleksiyası sahəsində işlərinə görə, o bir neçə dəfə mükafat və diplomlarla təltif olunmuşdur. O, həmçinin Azərbaycan professional teatrının banilərindən biri adlanır. Onun Nəcəf bəy Vəzirov və Əskər ağa Gorani ilə birlikdə səyləri nəticəsində, 1873-cü ildə ilk dəfə olaraq, Axundovun “Hacı Qara” pyesi Azərbaycan dilində səhnəyə qoyulmuşdur.

Lakin Həsənbəy Zərdabi ən çox Azərbaycan mətbuatının banisi kimi məşhurdur. Maarifçilik, gimnaziyalarda, geniş kütlə arasında onun həyatının əsas işi olmuşdur. Məhz bu məqsədlə, o ilk Azərbaycan qəzeti “Əkinçi”-nin nəşrinə başlamışdır, qəzetin birinci nömrəsi 22 iyul 1875-ci ildə işıq üzü görmüşdür. Bu xəbər bütün müsəlman dünyasında geniş əks-səda doğurdu – Kazandan, Volqaətrafından Krımdan, Orta Asiyadan təbrik məktubları daxil oldu. "Əkinçi" doğma dilin təmizliyi uğrunda yorulmadan mübarizə aparmışdır. Belə qəzet hakimiyyət üçün arzuolunmaz idi, amma redaktorun hədsiz əməyi sayəsində qəzetin 56 nömrəsi nəşr olundu. 1877-ci ilin sentyabrında qəzeti bağladılar, Həsənbəy Zərdabinin özünü isə gimnaziyadan işdən çıxardılar. O, pedaqoji fəaliyyətini dayandıraraq, bir neçə qəzetdə jurnalist işləməyə başladı, sonra isə doğma Zərdab kəndinə köçüb getdi.

O, Bakıya ancaq Hacı Zeynalabdın Tağıyev özünün “Kaspi” qəzetini nəşr etdirməyə başlayan zaman qayıtdı və bütün yazan adamları onunla əməkdaşlıq etməyə dəvət etdi. Həsənbəy Zərdabi bu qəzetdə 1896-cı ildən ömrünün sonuna qədər, redaktor vəzifəsini icra edərək, işlədi. O, bu illərdə dəfələrlə şəhər Dumasına seçilmişdir, özünüidarəetmə orqanlarının işində aktiv iştirak etmişdir. O, məktəb, tibbi komissiyalarının və su təchizatı üzrə komissiyanın üzvü idi, maarif və mədəniyyətin inkişafı ilə məşğul olmuşdur. Onun, həmçinin 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün qadın məktəbinin açılmasında xidmətləri böyük olmuşdur. Həsənbəy Zərdabi tarixə həm də həkim-maarifçi – Azərbaycanda gigiyena elminin əsasını qoyanlardan biri kimi daxil olmuşdur.

Zərdabi 1907-ci ilin dekabrında vəfat etmişdir və Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur. O, bizim ən yeni tariximizdə birinci azərbaycanlıdır ki, dəfnində on minlərlə insan iştirak etmişdir. Həsənbəy xalq arasında o dərəcədə populyar idi ki, şəhər Duması onun adını 2-ci rus-azərbaycanlı məktəbinə vermək və Moskva Universitetində onun adına təqaüd vermək haqqında qərar qəbul etmişdir.

 

INSTAGRAM
posts
followers
Follow