Facebook Pixel Code
GoMap XƏRITƏ
Yusif Məmmədəliyevin heykəli
Baxış sayı:
  • Ünvan:
    İstiqlaliyyət, Bakı, Səbail, AZ1001
Avtobus
16 sentyabr 1998-ci ildə, Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının yanında qoyulmuşdur. Heykəltəraş A.Əskərov, arxitektor E.Əsədov, rəssam Ç.Fərzəliyev. Y. Məmmədəliyevə qoyulan heykəl Bakıda alimə qoyulan ilk heykəldir.Yusif Məmmədəliyev (31.12.1905 - 15.12.1961) – görkəmli Azərbaycan kimyaçısı, pedaqoq, Azərbaycan Elmlər Akademiyasının yaradıcılarından biri. 1926-cı ildə Pedaqoji institutu bitirdikdən sonra, Yusif Məmmədəliyev Kirovabad pedaqoji texnikumunda, Yerevan pedaqoji institutunda, Azərbaycan kənd təsərrüfatı institutunda (1932-33), Neft emalı ETİ-da(1933-1945) işləmişdir. O, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradılması ilə akademik seçilir və EA Neft İnstitutunun direktoru işləyir. O, 1947-51 və 1951-61 –ci illərdə Elmlər Akademiyasının prezidenti seçilir, 1954-1958-ci illərdə AzDövlət Universitetinin rektoru işləmişdir. Y.Məmmədəliyevin əsas işləri, neftin və qazın katalitik emalı ilə əlaqədar idi. O, hələ 30-cu illərin əvvəllərində təbii qazın sənayedə geniş tətbiqi problemlərini qoyur və sonralar həll edir. Onun ideyaları əsasında, 50-ci illərdə Sumqayıtda, SSRİ-də ilk dəfə olaraq neft tullantılarının bazası əsasında kauçuk istehsal edən Sintetik kauçuk zavodu işə düşdü. Onun tərəfindən ilk dəfə qazın birbaşa xlorlaşdırılması reaksiyası həyata keçirilmişdir, nəticədə kimyəvi sintezin qiymətli məhsulları alınmışdır. İkinci dünya müharibəsinin əvvəllərində Y. Məmmədəliyev ilk dəfə olaraq istehsalatda toluolun, partlayıcı maddələrin alınması üçün xammalın alınmasını tətbiq edir. Sonra, o əməkdaşları ilə birlikdə tanklara qarşı mübarizə üçün, Qərbdə “Molotov kokteyli” adlanan yandırıcı mayeni işləyib hazırlayır. O, həmçinin, aviasiya üçün böyük əhəmiyyət kəsb edən yüksəkoktanlı benzinin sənaye istehsalını işləyib hazırlayır və tətbiq edir.


Yusif Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının prezidenti olarkən, bir sıra elmi-tədqiqat institutları yaradır. Elmlər Akademiyasının Əlyazmalar Fondunun, Şamaxıda astrofizika rəsədxanasının yaradılmasında onun böyük xidmətləri olmuşdur.

Son xəbərlər