Facebook Pixel Code
GoMap XƏRITƏ
Mirzə Fətəli Axundovun heykəli
Baxış sayı:
  • Ünvan:
    Lermontov, Bakı, Səbail, AZ1001
Avtobus

Şəhərin mərkəzində kiçik bağda qoyulmuşdur. 1928-ci ildə Azərbaycan zəhmətkeşləri M.F. Axundovun ölümünün əlli illiyini geniş qeyd etdilər. Həmin ildə heykəlin bünövrəsinin əsası qoyuldu, onun rəsmi açılışı isə 2 may 1930-cu ildə baş verdi. Heykəltəraş P. Sabsaydır. Bağ bir neçə dəfə rekonstruksiya olunmuşdur – son işlər 2008-ci ildə aparılmışdır.

Mirzə Fətəli Axundov (1812-10.3.1878) – Azərbaycan yazıçısı, filosofu, Azərbaycanın bədii, fəlsəfi və tənqidi fikirlərinin inkişafında böyük rol oynamış ictimai xadimdir.Şəki şəhərində anadan olmuşdur, amma uşaqlığı İranda keçmişdir. 1832-ci ildə əmisi onu Gəncəyə gətirmişdir, burada o, dini öyrənməyə başlamışdır. O, məktub yazmaq sənətini məşhur şair Mirzə Şəfi Vazehdən öyrənmişdir. 1834-cü ildə Axundov Tiflisə gəlir və Qafqaz canişininin dəftərxanasında şərq dilləri tərcüməçisi işləyir. O 1873-cü ilə polkovnik rütbəsinə qədər xidmət edir.

M.F.Axundovun ədəbi fəaliyyəti XIX əsrin 30-cu illərindən başlanmışdır. Onun tərəfindən, Azərbaycan və fars dillərində 30-a qədər müxtəlif şeir, bir neçə fəlsəfi və tarixi əsərlər yazılmışdır. Onun qələminə 6 çox gözəl komediya məxsusdur: "Molla İbrahimXəlil-kimyagər", "Müsyö Jordan", "Lənkəran xanının vəziri", "Xəsisin məcaraları və ya Hacı Qara", "Xırs quldurbasan" və "Şərq vəkilləri". Axundov bu əsərlərlə Azərbaycan ədəbiyyatında və Yaxın Şərq ədəbiyyatında dramatik janrın əsasını qoymuşdur. Onun dram əsərləri, o dövr azərbaycan həqiqətlərinin güzgüsü olmuşdur. Onun komediyalarından biri Azərbaycanda ilk dəfə olaraq, teatr quruluşunda qoyulmuşdur. Axundovun yaradıcılığında böyük yeri dini fanatizmə qarşı mübarizə tutur. Buna onun "Hind şahzadəsi Kəmalüddövlənin İran şahzadəsi Cəlalüddövləyə məktubu" fəlsəfi əməyi həsr olunmuşdur.

Son xəbərlər