Facebook Pixel Code
GoMap XƏRITƏ
Zərdab Rayon Mədəniyyət Evi
Baxış sayı:
Avtobus

Zərdab rayon Mədəniyyət Mərkəzi  (keçmiş rayon  mədəniyyət evi) 1969-cu ildə yaradılmışdır.  2015-ci ildən etibarən Mədəniyyət evi  Mərkəz kimi  fəaliyyət göstərir.  Binanın  ümumi sahəsi 1926 kv.m olmaqla mühazirə zalı, tamaşa zalı, sərgi zalları, 4 dərnək otağı, 10 inzibati otaq və texniki otaqlardan ibarətdir.

Hal - hazırda Mədəniyyət Mərkəzinin nəzdində 23 filial müəssisə fəaliyyət göstərir ki, bunlardan:

 22-si Diyarşunaslıq

 1-i Folklor üzrə profilləşdirilmişdir.


  Hal-hazırda rayon Mədəniyyət Mərkəzində  ümumilikdə 77 mədəniyyət  işçisi çalışır.
     Mədəniyyət Mərkəzində rəqs,gitara,dram və rəsm dərnəkləri  fəaliyyət göstərir.  Mərkəzin əməkdaşları Zərdab rayonunda keçirilən ümumrayon tədbirlərində hər zaman fəal  iştirak edərək qədim adət-ənənələrimizi, xalq oyunlarını, deyimlərini, musiqisini nümayiş etdirirlər. 

Son xəbərlər