Facebook Pixel Code
GoMap XƏRITƏ
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi
Baxış sayı:
  • Ünvan:
    İstiqlaliyyət, Bakı, Səbail, AZ1005
  • Telefon:
    (+994 12) 492-18-64, (+994 12) 492-04-49, (+994 12) 492-74-03
Avtobus

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi — Bakıda yerləşdiyi elmi tədqiqat müəssisəsi. 1945-ci ildə təşkil olunmuşdur. AMEA-nın tərkibində olan Azərbaycan Ədəbiyyat muzeyi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur[2]. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.
70 ildən artıqdır ki, dünyada yeganə ədəbiyyat muzeyi sayılan bu müqəddəs söz sarayı Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir.
Muzeyin binası 1860-cı illərdə ikimərtəbəli karvansaray kimi tikilmişdi. Binanın memarı Qasım bəy Hacıbababəyov idi. 1915-ci ildə bina "Metropol" mehmanxanası kimi fəaliyyət göstərirdi. Sonralar 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin əməkdaşları burada yaşamışlar və işləmişlər, 1920-1930-cu illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası burada yerləşdirilmişdi. Muzeyin yaradılması XX əsrin 40-cı illərindən əvvəllərində başlanmışdı. Azərbaycanın ən seçmə sənətkarları milli söz ocağının yaradılmasına cəlb edilmişdi. O zaman - 1941-ci ildə Nizami Gəncəvinin təntənəli yubiley mərasimi məlum səbəb üzündən - o vaxtkı blokadada olan Leninqradda, Ermitajda keçirildi və bu, böyük bir tarixi hadisə idi.
Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır. Muzeydə müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. Ədəbiyyat tarixi muzeyi 30 ekspozisiya zalından, 10 əsas şöbə, 2 regional filial, elmi fond və s. ibarətdir.

Son xəbərlər