Facebook Pixel Code
GoMap XƏRITƏ
Niyazinin Ev-Muzeyi
Baxış sayı:
Avtobus

Niyazinin ev-muzeyinin təşkili haqqında əmr Mədəniyyət Nazirliyi tərəfindən 1990-cı ilin dekabrın 28-də verilmişdir. 18 sentyabr 1994-cü ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. Maestro Niyazi bu mənzildə 1958-ci ildən ömrünün sonunadək yaşayıb-yaratmışdır. Muzeyin mudiri Bayramov Rza Rafiq oğludur.

Mənzil muzeyi 5 otaqdan ibarətdir: bunlardan 3-ü (yemək, yataq və iş otağı) memorial otaqlardır. Onlar Maestronun dövründə olduğu kimi qorunub saxlanılmışdır.

Digər 2 otaq — ekspozisiya və artistik qonaq otağı məqsədilə istifadə olunur. Ekspozisiya otağında Niyazinin uşaqlığından başlayaraq həyatının son illərinədək həyat və yaradıcılığını əks etdirən foto-şəkillər, not əlyazmaları, afişalar, proqramlar və s. eksponatlar nümayiş etdirilir.

Qonaq otağında Niyazinin ictimai fəaliyyətini əks etdirən foto-şəkillər, müxtəlif illərdə Maestroya bağışlanmış və muzey tərəfindən əldə olunmuş rəngkarlıq əsərləri sərgilənir.

Niyazi muzeyində hal-hazırda:

120 ədəd Niyazinin not əlyazmaları;

2746 ədəd foto-şəkillər;

486 ədəd Niyazinin şəxsi kitabxanasında olan kitab və notlar;

279 ədəd qramvallar; 5 ədəd digər bəstəkarların əlyazmaları kimi dəyərli eksponatlar saxlanılmaqdadır. 

Son xəbərlər