Facebook Pixel Code
GoMap XƏRITƏ
Qaraçı karvansarayı
Baxış sayı:
  • Ünvan:
    Salyan şosesi, Bakı, Qaradağ, AZ1082
Avtobus
Qaraçı karvansarayıAbşeron rayonunun, Pirəkəşkül kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsidir. Qədim Bakı-Şamaxı karvan yolunun üstündədir. XIX əsrdən karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq Qaraçı karvansarayı istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqlarından yerli əhali karvansarayı Qaraçı karvansarayı adlandırıb. Mənbələrdə isə abidə Miəcik karvansarayı adlanır. Karvansarayda qonaq və xidmətçilər üçün otaqlar,təsərrüfat binaları var. Qaraçı karvansarayı əhəng daşından tikilib. Karvansarayın darvazası üzərindəki kitabədə Şirvanşah Xəlilullah adı yazılıb. Kitabənin paleoqrafiyası və Şirvanşahın titullarına əsasən onun II Xəlilullah olduğunu söyləmək olar.
Son xəbərlər