Facebook Pixel Code
GoMap XƏRITƏ
Şabran rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Məhəmməd Əmin Rəsulzadə, Şabran, AZ1700
Avtobus

1970-ci illərdən başlayaraq respublikamızda müxtəlif profilli muzeylər yaradılmış, fəaliyyət göstərən muzeylər zənginləşdirilmişdir. Azərbaycanda muzey işinə diqqət və qayğı Ümumilli lider Heydər Əliyevin Respublikaya rəhbərliyi dövründə daim xüsusi yer tuturdu. 1980-ci ildə məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bütün rayonlarda tarix diyarşünaslıq muzeylərinin yaradılması barədə qərar qəbul edilmişdir. Əsası 1991-ci ildə qoyulan Şabran Tarix-Diyarşünaslıq Muzeyi H. Əliyevin 75-illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Muzey maddi və mənəvi sərvətlərlə zənginlərşdirilərək tamaşaçıların ixtiyarina verildi. Muzeyin ekspozisiyasında bütün tarixi dövrləri əks etdirən eksponatlar nümayiş etdirilir. Muzey və Şabran rayonu haqqında informasiyalar foyedə öz əksini tapmışdır. Muzeyin ekspozisiya hissəsi 200 kv. m sahədən, bir foye, üç zaldan ibarətdir. Ekspozisiyanın birinci zalında Şabran rayonunun təbiəti və tarixi abidələri haqqında informasiyalar verilmişdir. İkinci zalda Şabran rayonu orta əsrdə, Azərbaycan tarixi yeni dövrdə -Xanlıqlar, Azərbaycan Rusiya imperiyasının müstəmləkəçiliyi altında olan dövrü, həmçinin Azərbaycan Demokratik Respublikasının yaranması, SSRİ-nin tərkibində Azərbaycan, Azərbaycanın hərbi tarixi, Şabran rayonunda hərbi-vətənpərvərlik tərbiyəsini əks etdirən materiallarla zəngindir. Üçüncü zalda Müstəqilliyə gedən yol, Azərbaycanın müstəqillik illərində, Müasir Azərbaycan tarixinə dair məlumatlar ekspozisiyasında nümayiş etdirilir. Tarixin müxtəlif dövrlərinə aid məişət, zinət, bəzək əşyaları, silahlar, əmək alətləri, və s. bölgənin tarix və mədəniyyətini, sənətkarlığını təbliğ edən eksponatlar muzeyin ekspozisiyasını bəzəyir.

Son xəbərlər