Facebook Pixel Code
"Abşeron" rəsm qalereyası
Baxış sayı:
  • Ünvan:
    Asəf Zeynallı, Bakı, Səbail, AZ1000
  • Telefon:
    (+994 50) 334-62-23, (+994 77) 334-62-23
Avtobus
"Abşeron" Rəsm Qalereyası - "Abşeron" Rəsm Qalereyası Azərbaycanın mədəniyyət tarixində ilk özəl rəsm qalereyasıdır. Nə sovet hakimiyyəti qurulana qədər, nə sovet hakimiyyəti illərində Vətənimizdə özəl qalereya olmamışdır. Qalereya 1997-ci ilin yayında fəaliyyətə başlamış, 29 noyabr 1997-ci il tarixində isə ilk sərgisini (“Natürmort sərgisi”) keçirmişdir. O vaxtdan indiyə kimi "Abşeron"un divarları arasında 165 sərgi (təsviri sənət, bədii foto, uşaq rəsm sərgiləri və ictimai əhəmiyyətli sərgilər) keçirilmişdir. Fəaliyyət göstərdiyi 13 il ərzində galereya çoxsaylı dostlar və tərəfdaşlar qazanmışdır. Tərəfdaşlar arasında BMT Əhali Fondu, BMT Qadın İnkişaf Fondu, BMT Uşaq Fondu, Avrasiya Fondu, Avropa Evi Bakı ofisi, Transparenty İnternational kimi nüfuzlu beynəlxalq təşkilatları, ABŞ, Fransa, Türkiyə, Çin, Polşa, Moldova, Ukrayna, Özbəkistan kimi ölkələrin Bakıdakı səfirlikləri, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Nazirlər Kabineti yanında "İçərişəhər" Tarix-Memarlıq Qoruq İdarəsi kimi nüfuzlu dövlət təşkilatları vardır. Uşaq sərgilərinin keçirilməsinə "Abşeron" qalereyası 2002-ci ildə, BMT Əhali Fondu ilə birgə başlamışdır. Bu vaxtdan etibarən onlarla kollektiv və fərdi sərgilər, müsabiqə-sərgilər keçirilmişdir. Qalereya "Təsviri sənətdə 100 çiçək" və “Azərbaycanın uşaq təsviri sənəti” toplularını nəşr etdirmiş, həmin kitablarda balaca rəssamların işləri ilə bərabər, uşaq təsviri sənətinin özəlxüsusiyyətləri və problemləri haqqında məqalələr də yerləşdirilmişdir. http://www.absheronchildren.com/HistoryOfProject.html
INSTAGRAM
posts
followers
Follow