Facebook Pixel Code
GoMap XƏRITƏ
İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı:
Avtobus

Heydər Əliyev Mərkəzinə 700 m. məsafədə yerləşir.

Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ilin aprel ayında ilk fəaliyyət göstərir. Muzey 2 ekspozisiya-sərgi zalı, bir akt zalı, foye və bir neçə digər inzibati otaqlardan ibarət olmaqla ümumi sahəsi 340 kv.m-dir. İsmayıllı rayonu Antik dövr, Qafqaz Albaniyası və orta əsrlərə aid abidələrlə zəngindir. Muzey İsmayıllının tarixini öyrənmək, tədqiq etmək və yaşatmaq baxımından çox böyük əhəmiyyətə malikdir. Muzeydə eramızdan əvvəl III-I əsrlərə aid,arxeoloji gil, tunc, dəmir əşyaları, XVIII-XX əsrlərə aid geyim və məişət əşyaları, dulusçuluq, misgərlik, xalq-tətbiqi sənəti, kənd təssərüfatı, zərgərlik, silahlar, toxuculuq və s. nümunələri saxlanılır. Muzeyin məqsədi insan cəmiyyətinin inkişafını əks etdirən maddi və mənəvi mədəniyyət abidələrini, eləcə də hər hansı bir diyarın tarixinə dair qiymətli sənət nümunələrini, sənədləri, görkəmli el sənətkarlarının düzəltdikləri əşyaları ( qiymətli silahlar və paltarlar, zərgərlik məmulatı, qiymətli qab-qacaq və s.), kitabələri və tabloları, heykəltaraşlıq əsərlərini (barelyef, qorelyef, qəbirüstü sənduqələr) ,diyarın tarixini, etnoqrafiyasını, məişətini əks etdirən və s. əşyaları toplamaq, mühafizə etmək, öyrənmək, nümayiş etdirmək və onları gələcək nəsillərə çatdırmaqdır.

Son xəbərlər