Facebook Pixel Code
GoMap XƏRITƏ
Rüstəm Mustafayev adına Azərbaycan Dövlət Milli İncəsənət Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Niyazi, Bakı, Səbail, AZ1001
  • Telefon:
    (+994 12) 492-50-19, (+994 12) 492-57-89, (+994 12) 492-74-03, (+994 12) 492-51-17
Avtobus

Azərbaycan Milli İncəsənət Muzeyi — Azərbaycanın ən böyük incəsənət muzeyidir və muzeydə on yeddi mindən çox eksponat saxlanılır. 1936-cı ildə əsası qoyulmuş muzey, 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri[4] Rüstəm Mustafayevin adını daşıyır. Hal-hazırda muzey, Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada - "De Burun sarayı" və "Mariinski Qadın Gimnaziyası" binasında yerləşir. Muzeydə Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzey kolleksiyasında olan dəyərli sənət nümunələrinin Kanada (1966), Kuba (1967), Suriya (1968), Fransa (1969), Çexoslovakiya (1970), Əlcəzair (1970), İraq (1971) və sair ölkələrdə sərgisi təşkil edilib. Muzey bazar ertəsi günləri xaric hər gün saat 10:00-dan 18:00 kimi ziyarətçilərin üzünə açıq olur.
SSRİ-nin süqutundan sonra Azərbaycan höküməti və prezidentinin qərarı ilə 1888-ci ildə Marrinski qadın gimnaziyası kimi inşa edilmiş, daha sonra isə şəhər komitəsinin yerləşdiyi tarixi bina da muzeyə verildi. Yeni binada muzeyin ikinci korpusu yaradıldı. 7 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə muzeyin birinci və ikinci korpuslarını birləşdirən yeni keçid korpusun açılışı edildi.

Son xəbərlər