Facebook Pixel Code
GoMap XƏRITƏ
Lənkəranda Xan evi
Baxış sayı:
  • Ünvan:
    Şirəli Axundov, Lənkəran, AZ4200
Avtobus

Respublikamızın cənub bölgəsində yerləşən Lənkəran nadir arxitektura nümunələri ilə zəngindir. Rayonda 19-cu əsr abidəsi olan Mir Əhməd xanın evi bu nümunələrdən biridir. Lənkəranda ilk çoxmərtəbəli bina olan tikili indi tarix diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. Milli memarlıq elementlərindən bacarıqla istifadə olunmuş binanın fasadları əlvan naxışlarla zəngindir. Evin tikintisini avropadan dəvət olunmuş fransız memarları yerinə yetirmişlər. Onlar sarayı elektik üslubunda tikmişlər, bir çox inşaat materiallari Lənkərana Bakıdan gəmi ilə gətirilmişdir. Elə buna görə də bu binada qərb və şərq memarlıq elementlərindən məharətlə istifadə edilib. İnşaat işləri 5 il davam edib. Bu üç mərtəbəli saray şəhərin ilk çoxmərtəbəli binasi sayılırdı. Onun şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daşla işlənmişdir. Şərq və cənub fasadları isə yalnız kərpicdən hörülmüşdür. Evin giriş hissəsi şimal fasadında yerləşmişdir, ağ daşdandır. Giriş hissəsi qabağa çıxmış, plyastrla əhatə edilmişdir. Plyastrın yuxarısında mifoloji fiqurlarla bəzədilmiş konsolların üstündə ikinci mərtəbənin balkonu qurulmuşdur. Yalnız və yalnız bu evin şəxsi əşyalarından 6 güzgü mövcuddur. Yəni ona daş güzgü deyirlər. Çünki, çox hündür və ağırdır. İndi bu dəqiqə muzeydə onlardan 3-ü qorunub saxlanılır, 6 ədəd olmuşdur, 3-ü haqqında məlumat yoxdur. Mirəhməd xanın evi Lənkəranda həm də ilk elektrik enerjisi olan tikilidir.

1908-1910-cu illərdə binanın inşası davam etdirilərkən burada daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olub. Bunun vasitəsi ilə hətta ətrafdakı yaşayış evləri də enerjidən istifadə edə bilirdi. Lənkəranda indi də orjinallığı ilə göz oxşayan bu binanı Mir Əhməd xan həyat yoldaşı Tuğra xanımın şərəfinə tikdirib. Mülk sahibinin həyatı daim mühacirətdə keçdiyi üçün o, Fransada vəfat edir və bu binada çox yaşaya bilmir. Zaqafqaziya gözəli olan həyat yoldaşı Tuğra xanım isə Sovet dövründə ömrünü miskinlik içində başa vurur. Bina müsadirə ediləndən sonra burada müxtəlif inzibati idarələr yerləşdirilib. Tarix diyarşünaslıq muzeyi isə 1978-ci ildə bura köçürülüb. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir. Əsas fondda 6255 ədəd muzey sərvəti vardir. Muzeyin ekspozisiyasi isə altı bölmədən ibarətdir: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr, müasir dövr. Bütün bölmələrdə nümayiş olunan eksponatlar öz dövrlərini əks etdirir. Eksponatlar xronoloji qaydada yığılmışdır. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr və Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar göstərilir. Milli lider, Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi də nümayiş olunur. Saray şəhərin mərkəzində, dostluq parkı ilə üzbəüz yerləşir.

http://senaturk.azeriblog.com/2009/02/06/lenkeran-tarix-diyarshunasliq-muzeyi

http://taninmislar.azeriblog.com/2008/12/04/xan-lenkeranin-xan-evi

 

Son xəbərlər