Facebook Pixel Code
GoMap XƏRITƏ
Müasir İncəsənət Muzeyi
Baxış sayı:
  • Ünvan:
    Yusif Səfərov, Bakı, Xətai, AZ1025
  • Telefon:
    (+994 12) 490-84-04, (+994 12) 490-84-02
  • Faks:
    (+994 12) 490-84-03
  • Web səhifə:
  • E-poçt:
Avtobus
Müasir İncəsənət MuzeyiBakıda Müasir İncəsənət Muzeyi Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır.Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edən rəsm və heykəltaraşlıq əsərləri toplusudur. Incəsənətin ümumbəşəriliyin təcəssümü kimi muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltəraşlıq əsərləri də təmsil olunmuşdur: Qərb avanqardının nümayəndələri Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərləri ayrıca zalda nümayiş etdirilir.Azərbaycan təsviri incəsənətini "xalqın yaddaşı" kimi qiymətləndirmək olar. Burada həmçinin Səttae Bəhlulzadə, Tahir Salaxov, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şaxtaxtinskaya, Nadir Qasımov, Oktay Sadıx-zadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarov kimi fiqurativ incəsənətin klassiklərinin kolleksiyaları da təqdim olunub. Müasir incəsənət muzeyi müasir dövrün son 70 ilin azərbaycan rəssam və heykəltaraşlarının 1000 dən yuxarı incəsənət əsərini təqdim edən şedevrlər dünyasıdır. Ekspozisiyaların bir hissəsi sovetlər dövründə formalaşan və milli rəssamlıq sənətinin tamamilə başqa bir cərəyanına aid olan "naməlum" təbəqəni özündə əks etdirir. Bu, Əşrəf Muradın, Kamal Əhmədin, Mircavad Cavadın, Rasim Babayevin muzey tərəfindən qorunub saxlanan unikal əsərləridir. Muzeyin konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və əkspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir. Muzeydə qapalı formalar yoxdur. Iki mərtəbə vahid açıq məkanda yerləşmişdir və “Unudulmuş pilləkan” obyektilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir: muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirləri, rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya da daxil olmaqla, bütövlükdə muzey avanqard incəsənətinin nümunəsidir.
Son xəbərlər