Facebook Pixel Code
GoMap XƏRITƏ
Hüseyn Cavidin Ev-Muzeyi
Baxış sayı:
Avtobus

Hüseyn Cavidin Ev Muzeyi — Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin tərkibinə daxil olan elmi tədqiqat müəssisəsidir. Muzey Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1920 – 1937–ci illərdə yaşadığı evdə yaradılmışdır.
Ev muzeyi Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamış Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında təsis olunmuşdur. Məktəb görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə 1901-ci ildə açılmışdır. Bu məktəb müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi idi.
Filosof şair, dramaturq Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etməq məqsədi ilə ev muzeyinin yaradılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qəbul etdiyi qərarda nəzərdə tutulurdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci ildə 160 saylı qərarına əsasən Hüseyn Cavidin Ev Muzeyi yaradıldı və Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verildi.
24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsən iştirakı ilə Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirildikdən sonra Muzeyin ekspozisiyası geniş tamaşaçı auditoriyasının üzünə açılmışdır.

Son xəbərlər