Facebook Pixel Code
GoMap XƏRITƏ
Oğuz rayon Tarix-Diyarşünaslıq Muzeyi
Baxış sayı:
Avtobus

1981-ci ildə yaradılmış Oğuz tarix-diyarşunaslıq muzeyində rayonun qədim və zəngin tarixini dünənini və bu gününü əks etdirən qiymətli eksponatlar toplanmışdır. XVIII əsrin birinci yarısına aid Alban ibadətgahında yerləşən muzeyə toplanan eksponatların sayı 4000 -ə yaxındır. Onların arasında bu ərazinin tarixi, mədəniyyəti, etnoqrafiyası, sənətkarlıq xüsusiyyətləri ilə bağlı dəyərli nümunələr çoxdur. Burada rayon ərazisində arxeoloji qazıntılar zamanı əldə edilən 168 maddi mədəniyyət nümunələri nümayiş etdirilir. Onların bəziləri 9-10 min il əvvələ aiddir. Od əldə etmək üçün istifadə olunmuş qədim daş kurqanlardan əldə edilmiş insan sümükləri, kiçik qoç fiquru, tunc xəncər, gildən hazırlanmış dopular, güldanlar, vazlar, tək və cüt qulplu bardaqlar,oda sitayiş ilə əlaqədar olan öküz başı formada manqal tarixi əhəmiyyət daşıyır. Etnoqrafiya zərgərlik, misgərlik, duluzçuluq, xarratlıq, numuzimatika nümunələri, toxuculuq məmulatları, silahlar, əlyazmalar yerləşdirilən guşələr öz zənginliyi və eksponatların əhəmiyyəti ilə diqqəti cəlb edir. Buradakı küp, çıraq, səhəng, bardaq, misgərlik və toxuculuq nümunələri, qadın kişi və uşaq geyimləri, gümüş pullarla bəzədilmiş kəmərlər, zinət əşyaları tarixi keçmişimizin, dünənimizin qiymətli yadigarlardır.

 

 

 

 

Son xəbərlər