Facebook Pixel Code
GoMap XƏRITƏ
Park Sinema Metro Park
Baxış sayı:
Avtobus
Park CinemaPark Cinema beş meydançadan ibarət ən böyük kinoteatrlar şəbəkəsidir. Ən yüksək texniki tələblərə cavab verən kinoteatrlar Park Bulvar, MetroPark, Park Zagulba AVM,Flame Towers-in yüksək səviyyəli ticarət mərkəzi və dənizqırağı ən məşhur Amburan əyləncə kompleksində yerləşir. Şəbəkənin birinci ən məşhur kinoteatrı Park Bulvar-dır.Bu kinoteatr Park Bulvar Ticarət Mərkəzində yerləşir, VİP ilə birlikdə 6 kinozalı var. Kinoteatr Dolby Digital səs sistemi, RealD 3D və yüksək keyfiyyətli gümüş örtüklü, filmləri daha yaxşı əks etdirən, 3D effektinin dərinliyinə təsir edən çökük ekran ilə təchiz olunub. Şəbəkənin ikincisi məşhur kinoteatrı Metro Park-dır.Metro Park eyniadlı Ticarət Mərkəzində yerləşir və 6 zalı var.Şəbəkənin digər bir kinoteatrı Flame Towers-də yerləşir. 282 tamaşaçını yerləşdirən Azərbaycanda ilk IMAX formatlı zal daxil olmaqla, kinoteatr 6 zaldan ibarətdir. Standart zallar RealD 3D texnologiyası, gümüş örtüklü ekranlar, və çox rahat Couple Seats oturacaqları ilə təchiz olunmuşdur.Şəbəkənin Amburan əyləncə kompleksində yerləşən kinoteatrı ,Azərbaycanda açıq havada olan yeganə kinoteatrdır. Zagulba AVM kinoteatrı Zagulba Park Ticarət Mərkəzində yerləşir. Kinoteatr 2D və 3D formatlı 4 rahat zaldan ibarətdir.Şəbəkə repertuarına festival filmləri və arthausdan başqa, ən məşhur premyeralar daxildir. Hər il Park Cinema şəbəkəsində kinofestivallar keçirilir, müntəzəm olaraq qala-premyeralar və press-nümayişlər, sadiq tamaşaçılar üçün geniş aksiyalar və filmlərin xeyriyyə nümayişi təşkil olunur.Socialbakers-in məlumatına görə şəbəkə Azərbaycanın ən müzakirə olunan və populyar kinoman qrupu statusunu alımışdır.
Son xəbərlər