Facebook Pixel Code
GoMap XƏRITƏ
"Tusi-Bohm" planetariumu (Park Bulvar)
Baxış sayı:
Avtobus
Tusi-Bohm PlanetariumTusi-Bohm Planetarium – Azərbaycanda müasir dövr üçün ən son nəsil texnologiya ile təchiz olunmuş ilk planetariumdur. Planetariumda 8K prinsipi əsasında çalışan 2 çox güclü və dəqiq proyektorla 10 m-lik ekranda alınan xəyal ilə tamaşaçılar kosmosun ənginliklərinə səyahət edə bilərlər.Bu məkan bütün yaş təbəqələrini əhatə edir və əhaliyə maarifləndirmə və bilik vermə funksiyasını daşıyır.Planetariumun proqram təminatı səmanın istənilən yerinə istənilən anda səyahət etməyə, milyon illər ərzində baş verən prosesləri bir neçə dəqiqəyə qədər qısaldılıb müşahidə etməyə, mövzuya aid xüsusi film, şou, ekskursiya hazırlamağa imkan verir. Burda filmlər, cizgi filmləri, kosmosa səyahət, sənədli filmlər nümayiş olunur.Planetariumda elmi-maarifləndirmə məqsədi daşıyan sənədli filmlərlə yanaşı aparıcı-ekskursiya rəhbəri tərəfindən hazırlanmış xüsusi şou-proqramlar da təşkil olunur. Planetarium 58 tamaşaçı üçün nəzərdə tutulub. Filmlər ana dili –Azərbaycan dilində və əlavə bir neçə xarici dildə də nümayiş etdirilir.
Son xəbərlər