Facebook Pixel Code
GoMap XƏRITƏ
Dədə Qorqud parkı
Baxış sayı:
  • Ünvan:
    Ceyhun Hacıbəyli, Bakı, Nərimanov, AZ1007
Avtobus
Müasir parklardan olan Dədə Qorqud parkı 2013-cü ildə açılıb. 6 hektar ərazidə salınmış bu park paytaxtın ən böyük parklarındandır. Burada istirahət üçün hər cür şərait yaradılıb, yaşıllaşdırma işləri aparılıb, süni göl yaradılıb, müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılıb. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Parkın mərkəzində heykəltəraş Göyüş Babayevin “Kitabi-Dədə Qorqud” abidəsi ucalır.“Kitabi-Dədə Qorqud” dastanı 1300 il yaşı olan, Azərbaycan xalqının tarixi keçmişini əks etdirən sənət abidəsidir. Dastanda xalqın vətənpərvərliyi, qəhrəmanlığı, müdrikliyi, tarixi keçmişi, mənəvi dəyərləri, oğuz türklərinin adət və ənənələri, Azərbaycan toponimləri əksini tapıb. Bu dastan dilimizin qədim incəliklərini, xalqımızın mədəniyyətini öyrənmək üçün əvəzolunmaz mənbədir.Parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb. Parka gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər. Bunun üçün iki körpü var. Bundan başqa, süni şəlalənin aşağı hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpü salınıb.
Son xəbərlər