Facebook Pixel Code
GoMap XƏRITƏ
Masallı Rayon Heydər Əliyev Mərkəzi
Baxış sayı:
Avtobus

Azərbaycanın bütün bölgələri kimi, Masallının da inkişafına daim diqqət və qayğı göstərmiş Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədi ilə 7 oktyabr 2008-ci ildə yaradılmış Heydər Əliyev Muzeyi 2012-ci ildə Heydər Əliyev Mərkəzi statusu almış, 04 sentyabr 2013-cü il tarixində əsaslı surətdə yenidən qurularaq cənab Prezident İlham Əliyevin Masallı rayonuna səfəri zamanı istifadəyə verilmişdir. Müasir Azərbaycan gəncinin elmi və ictimai-siyasi dünyagörüşünün formalaşması günün vacib məsələsidir. Bu istiqamətdə Heydər Əliyev Mərkəzinin müstəsna rolu vardır. Burada həm böyüməkdə olan gənc nəslə, həmdə rayonumuzun qonaqlarına Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilir. Ümummilli Liderə həsr olunan tədbirlərin Heydər Əliyev Mərkəzində keçirilməsi rəmzi məna daşıyır. Çünki, onun zəngin irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması, təşviqi və hərtərəfli inkişaf etdirilməsi Mərkəzin fəaliyyət istiqamətlərindəndir. Mərkəzdə "Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın memarı və qurucusudur", "Heydər Əliyev Fenomeni- Müdriklik və qətiyyət örnəyi", "Ömrünü xalqına həsr edən dahi" mövzularında 2014-cü ildən keçirilən açıq Tarix dərsləri bu gündə davam etməkdədir. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini gənc nəslin və məktəblilərin qəlbində daim yaşatmaq məqsədi ilə mütamadi olaraq Mərkəzimizdə eləcə də rayon Ümumtəhsil məktəblərində əməkdaşlarımız tərəfindən mühazirələr oxunur. Mərkəzdə gənclərin maarifləndirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, biliklərinin artırılması məqsədi ilə bir sıra dərnəklər və kurslar fəaliyyət göstərir.

Son xəbərlər