Facebook Pixel Code
GoMap XƏRITƏ
"Mütəfəkkirlər" parkı
Baxış sayı:
  • Ünvan:
    Şəhidlər Xiyabanı, Qazax, AZ3500
Avtobus

Qazax rayonunun ədəbiyyat, incəsənət, elm və hərbi sahədə görkəmli şəxsiyyətlərinin xatirəsinə salınmış bağ 2 hektar sahəni əhatə edir. Bağın giriş hissəsində xalq şairi Səməd Vurğunun heykəli, baş hissəsində isə Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəlləri ucaldılmışdır. Bağda Azərbaycanın xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, xalq şairləri Osman Sarıvəllinin, Mirvarid Dilbazinin, Cənubi Qafqazda ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi Əhməd Seyidovun, ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun, ilk artilleriya generalı Əlağa Şıxlinskinin, ilk topoqrafiya generalı İbrahim ağa Vəkilovun, İtaliyanın milli qəhrəmanı Tahir İsayevin, saz havalarının mahir ifaçısı, ustad Ədalət Nəsibovun və akademik Teymur Bünyadovun büstləri qoyulmuşdur. 2005-ci ilin iyununda açılmış bağda milli ornamentli rəngli fəvvarələr kompleksi də yaradılmışdır.

http://www.muallim.edu.az/arxiv/2007/n20/resmi.html

Son xəbərlər