Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan-Misir dostluq parkı
Baxış sayı:
  • Ünvan:
    Qalubiyyə, Abşeron, AZ0100
Avtobus
Azərbaycan-Misir dostluq parkı2007-ci ildə Xırdalanda Azərbaycan-Misir dostluq parkının açılışı olmuşdur. Ərazisi 0,28 hektar olan parkın mərkəzində Misir Ərəb Respublikasının Prezidenti Hüsni Mübarəkin abidəsi ucaldılmışdır. Hündürlüyü 3 metrdən çox olan tunc heykəlin müəllifləri memar Səlhəb Məmmədov, heykəltəraşlar Akif Əsgərov və Natiq Əliyevdir.Heykəl 2011-ci il Misir iğtişaşları zamanı prezident dəyişdiyi ilə əlaqədar götürülmüşdür.Hal-hazırda Hüsnü Mübarəkin heykəlinin yerində Misirin simvollarından olan xəttat heykəli qoyulub. Parkda qədim Misir fironlarının heykəlləri də qoyulmuşdur. Bunların arasında Qalubiyyə əyalətinin qubernatoru Ədli Hüseynin parka hədiyyə etdiyi firon III Tutmosun heykəli də vardır. Xeops piramidasının kiçildilmiş surəti, şir fiquru, eləcə də qədim Misir həyatından səhnələrin təsvir edildiyi barelyeflər parka xüsusi gözəllik verir.
Son xəbərlər