Facebook Pixel Code
GoMap XƏRITƏ
"Nizami" kino mərkəzi
Baxış sayı:
Avtobus

Nizami Kino Mərkəzi — Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət obyekti. 1934-cü ildə istifadəyə verilib.

 

Kinoteatrın binası “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən yenidən qurulmuşdur. Əsaslı təmirdən sonra 24 noyabr 2011-ci il tarixdə yenidən fəaliyyətə başlayıb. Açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən edilib.

Yenidənqurmadan sonra kinoteatrın birinci mərtəbəsində 50 və 80 yerlik iki, ikinci mərtəbədə 500 nəfərlik böyük, beşinci mərtəbədə isə 24 nəfərlik VİP kinozalları yaradılıb. Binada Almaniyada, Yaponiyada və Böyük Britaniyada istehsal olunmuş ən müasir kinoqurğular, səs, işıq, havalandırma, yanğından mühafizə sistemləri quraşdırılmışdır.

Təmirdən sonra kinoteatra kino mərkəzi statusu verilib, burada dünya kinosunun ən maraqlı yeni filmlərini əhatə edən cari repertuar filımləri ilə yanaşı, milli filmlərin təqdimatları, xarici ölkələrin Kino günləri və Kino həftələri reallaşdırılır. Gələcəkdə isə bir çox maraqlı tədbirlərin keçirilməsi planlaşdırılır...

Binanın birinci mərtəbədə ticarət köşkləri, ikinci mərtəbədə kafe, dördüncü mərtəbədə kafe-klub, mətbuat mərkəzi, beşinci və altıncı mərtəbələrdə isə müştərilərə milli və Avropa mətbəxinin nümunələrini təqdim edən 250 yerlik restoran, həmçinin inzibati otaqlar yaradılmışdır. Bu restoranın tavanı mövsümə uyğun olaraq mexaniki üsulla açılıb örtüləcəkdir.

Direktoru Leyli Mirzəyevadır.

Son xəbərlər